Главная > Sosial > Dövlətə 6 milyon borcu olan “Green Rose”un sahibi kimdir?

Dövlətə 6 milyon borcu olan “Green Rose”un sahibi kimdir?


16-12-2022, 12:55.

           Dövlətə 6 milyon borcu olan "Green Rose”un sahibi kimdir?

 

6 milyon manat vergi borcu olan "Green Rose” MMC ilə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi arasında məhkəmə çəkişməsi Ali Məhkəmədə davam edəcək.

 

 

"Qaynarinfo" xəbər verir ki, "Green Rose” MMC-nin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 5 milyon 914 min 105 min 49 qəpik borcu var.

 

Şirkətin qanuni təmsilçisi Əlirza İsayev Hacırza oğludur.

 

2010-cu ildə dövlət qeydiyyatından keçən, nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Sumqayıt şəhəri, Novxanı-Sumqayıt yolu, Sahil küçəsi, Novxanı yolunun sol tərəfi göstərilib.

 

Apardığımız araşdırmaya əsasən, Əlirza İsayevin adında daha bir neçə şirkət mövcuddur.

 

Bunlardan biri "Studiya Dizayn” MMC-dir. Bu şirkətin hüquqi ünvanı isə Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev ev 15, mənzil 109-da yerləşir.

 


Вернуться назад