Главная > Aktual > Britaniya kəşfiyyatının rəhbəri İrəvana gəldi

Britaniya kəşfiyyatının rəhbəri İrəvana gəldi


16-12-2022, 23:13.

                Britaniya kəşfiyyatının rəhbəri İrəvana gəldi

 

Ermənistanın baş naziri Nikol Paşinyan Böyük Britaniyanın Gizli Kəşfiyyat Xidmətinin (Mİ6) rəhbəriRiçard Muru qəbul edib.

Musavat.com xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Məlumatda bildirilir ki,Riçard Mur və PaşinyanCənubi Qafqaz regionunda baş verən prosesləri müzakirə ediblər. Söhbət zamanı regional və beynəlxalq təhlükəsizlik məsələlərinə də toxunulub.

Qeyd edək ki, İngilis kəşfiyyat zabiti, MI6-nın rəhbəri Riçard MurBöyük Britaniyanın Türkiyədəki səfiri, Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin Siyasi Məsələlər üzrə Baş Direktoru olub.

 


Вернуться назад