Главная > İdman > DÇ-də final oyununun baş hakimi bəlli oldu

DÇ-də final oyununun baş hakimi bəlli oldu


16-12-2022, 08:26.

             DÇ-də final oyununun baş hakimi bəlli oldu

 

Qətərdə keçiriləcək dünya çempionatının final oyununun baş hakimi bəlli olub.

Yenicag.az xəbər verir ki, bu haqda Polşa Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Belə ki, baş hakim polşalı Şimon Marçiniak olacaq. Yan xətt hakimləri isə Pavel Sokolnitski və Tomaş Listkeviç müəyyənləşib.

Marçiniak daha əvvəl DÇ-2022-nin Fransa – Danimarka (2:1) və Argentina – Avstraliya (2:1) matçlarında iştirak edib.

Qeyd edək ki, Qətərdə keçirilən dünya çempionatının final oyunu dekabrın 18-də oynanılacaq və Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

 


Вернуться назад