Главная > Dünya > Gürcüstan deputatları Saakaşviliyə görə aclıq aksiyasına başladı

Gürcüstan deputatları Saakaşviliyə görə aclıq aksiyasına başladı


16-12-2022, 18:28.

            Gürcüstan deputatları Saakaşviliyə görə aclıq aksiyasına başladı

 

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin "Vahid Milli Hərəkat” partiyasından olan dörd deputat parlament binasının foyesində müddətsiz aclıq aksiyası elan ediblər.

Bu barədə "Azadlıq” radiosu məlumat yayıb.

Deputatlar sabiq dövlət başçısının dərhal paytaxtdakı Vivamedi xəstəxanasından Avropa klinikasına köçürülməsini tələb edirlər.

Bir gün əvvəl sabiq prezidentin özü də aclıq aksiyası elan etsə də, Avropa Parlamenti üzvlərinin xahişi ilə aclıq aksiyasını dayandırıb.

Aclıq edən 4 deputatın arasında Saakaşvilinin keçmiş təhlükəsizlik rəhbəri general Timur Canaşiya, Vahid Milli Hərəkat Partiyasından olan deputat Anna Tsitlidze də var.

Gürcüstan parlamentinin hakim "Gürcü Arzusu” partiyasından olan sədri Şalva Papuaşvili aclıq aksiyası keçirən deputatlarla görüşüb və onlardan sağlamlıqlarına təhlükə yaratmadan hər hansı başqa etiraz formasını seçməyi xahiş edib. Eyni zamanda, Papuaşvili məhkəməyə bu cür təzyiq formalarının qəbuledilməz olduğunu vurğulayıb.

Xatırladaq ki, yaxın vaxtlarda Tiflis şəhər məhkəməsi Gürcüstanın eks-prezidentinə bir illik möhlət verilməsi və onun psixi və nevroloji xəstəliklərinin müalicəsi üçün Avropaya göndərilməsi barədə qərar qəbul etməlidir.

Saakaşvili 2005-ci ildə müxalifətçi deputat və biznesmen Valeri Gelaşvilinin Daxili işlər nazirliyinin xüsusi təyinatlıları tərəfindən döyülməsini təşkil etməkdə ittiham olunaraq 6 il müddətinə azadlıqdan məhrum edilib.


 


Вернуться назад