Главная > GÜNDƏM > İrəvanda separatizmə dəstək aksiyası: Fransa səfirliyinə yürüş etdilər

İrəvanda separatizmə dəstək aksiyası: Fransa səfirliyinə yürüş etdilər


16-12-2022, 18:45.

            İrəvanda separatizmə dəstək aksiyası: Fransa səfirliyinə yürüş etdilər

 

İrəvanın bir sıra universitetlərinin tələbələri Qarabağ separatçılarına dəstək aksiyası keçirirlər.

Teleqraf.com xəbər verir ki, Avropa Birliyinin (AB) İrəvan ofisinin önündə toplaşan ermənilər Gorus-Xankəndi yolunun açılması üçün addımların atılmasını tələb edirlər.

Azərbaycan əleyhinə şüarların səsləndirildiyi aksiyada separatçıların qondarma bayraqları qaldırılıb.

Tələbələr AB-nin ofisinin qarşısından Fransa səfirliyinə doğru yürüş ediblər.

Aksiya iştirakçıları səkidə deyil, yolda yürüş etmək qərarına gəliblər. Nəticədə Proşyan küçəsində böyük tıxac yaranıb.

 


Вернуться назад