Главная > İdman > Mərakeş millisi yarımfinalda, Portuqaliya mundialla vidalaşdı

Mərakeş millisi yarımfinalda, Portuqaliya mundialla vidalaşdı


10-12-2022, 21:13.

          Mərakeş millisi yarımfinalda, Portuqaliya mundialla vidalaşdı

 

Mərakeş millisi Qətərdə keçirilən dünya çempionatında yarımfinala vəsiqə qazanıb.

Uluyol.info-nun "Report"a istinadən məlumatına görə, Afrika təmsilçisi 1/4 finalda Portuqaliya yığmasını minimal hesabla məğlub edib - 1:0. Yeganə qolu 42-ci dəqiqədə Yussuf En-Nesiri vurub.

90+3-cü dəqiqədə Mərakeşin hücumçusu Valid Keddira 2-ci sarı vərəqə ilə meydandan qovulub.

Afrikalıların növbəti mərhələdəki rəqibi İngiltərə - Fransa cütünün qalibi olacaq.

Qeyd edək ki, daha əvvəl Xorvatiya və Argentina yığmaları yarımfinala adlayıb.

 


Вернуться назад