Главная > Dünya > Rusiyalı müxalifətçi savaşa qarşı çıxdığına görə azadlıqdan məhrum edilib

Rusiyalı müxalifətçi savaşa qarşı çıxdığına görə azadlıqdan məhrum edilib


9-12-2022, 19:44.

       Rusiyalı müxalifətçi savaşa qarşı çıxdığına görə 8,5 il müddətinə azadlıqdan məhrum edilib

 

Moskvanın Meşçanski Məhkəməsi müxalifət lideri İlya Yaşini Rusiya ordusu haqqında qondarma saxta məlumatlar yaymaqda təqsirli bilib.

Uluyol.info xarici agentliklərə istinadən xəbər verir ki, İlya Yaşin buna görə 8,5 il müddətinə azadlıqdan məhrum edilib.

"Ordu haqqında yalan məlumat verməyə” görə verilən 8,5 il bununla bağlı göstərilən ən ağır cəzadır. Bu maddə ilə cəzanın həddi 10 ildir.

İttiham tərəfinin sözlərinə görə, İ.Yaşin həmin "cinayəti” bu ilin aprelin 7-də YouTube-da canlı yayım zamanı törədib. Müxalifət lideri sözügedən süjetdə Buça sakinlərinin rus hərbçiləri tərəfindən öldürüldüyünə dair dəlillər gətirib, eyni zamanda Rusiya tərəfinin arqumentlərini təhlil edib.

Savaşla bağlı fikirlərə görə bu vaxta qədər verilən ən ağır cəza Moskvanın Krasnoselski rayonunda bələdiyyə deputatı Aleksey Qorinova verilib. O, Rusiyanın Ukraynaya müdaxiləsini müharibə adlandırdığına görə 7 il müddətinə azadlıqdan məhrum olunub. Rusiya hakimiyyəti bunu "xüsusi hərbi əməliyyat” adlandırmaqda davam edir. Yaşin özü də həmin bələdiyyə şurasının deputatı idi.

 


Вернуться назад