Главная > Dünya > “Tesla” 435 min avtomobili geri çağırdı-Qəza riski

“Tesla” 435 min avtomobili geri çağırdı-Qəza riski


4-12-2022, 14:50.

            "Tesla” 435 min avtomobili geri çağırdı-Qəza riski

 

ABŞ-ın "Tesla” şirkəti Çindən 435 mindən çox avtomobili geri çağırıb.

Musavat.com xarici mediaya istinadən bildirir ki, geri çağırılan avtomobillər "Model-3” və "Model Y” avtomobilləridir.

Həmin avtomobillərin geri çağrılmasının səbəbi qabarit işıqlarında problem olması ilə bağlıdır. Belə ki, avtomobil işə salınan zaman qabarit işıqlar yanmağa başlayır. qabarit işıqlarındakı nasazlıqdan dolayı Çindən 435 mindən çox "Model 3” və "Model Y” avtomobillərini geri çağıracaq.

Xətanı aradan qaldırmaq üçün "Tesla” yeni proqram təminatı üzərində işləyir.

 


Вернуться назад