Главная > Mövqe > İsraildən İrana SON XƏBƏRDARLIQ

İsraildən İrana SON XƏBƏRDARLIQ


3-12-2022, 21:36.

               İsraildən İrana SON XƏBƏRDARLIQ

 

İsrailin müdafiə naziri Beni Qans İranın nüvə proqramının inkişaf etdirilməsi ilə bağlı xəbərdarlıq edib və onun qarşısını almaq üçün beynəlxalq ictimaiyyəti təcili tədbirlər görməyə çağırıb.

Vətəninfo.az xəbər verir ki, öz "Tvitter” səhifəsində İranın nüvə proqramını davamlı inkişaf etdirməsinə toxunan Qans vurğulayıb ki, Tehran iki həftə ərzində uranın zənginləşdirilməsi səviyyəsini 90%-ə çatdıra bilər.

İsrailin müdafiə naziri vurğulayıb ki, İranın nüvə fəaliyyətləri "tərəfdaşlıqların dərinləşdirilməsini və güclü reaksiya göstərməsini” tələb edir.

Gans habelə İslam Respublikasını son beş ildə İran körfəzində və Qırmızı dənizdə ticarət gəmilərinə qarşı 16 hücum həyata keçirməkdə ittiham edib.

 


Вернуться назад