Главная > Cəmiyyət > AXCP fəalı həbs edilib

AXCP fəalı həbs edilib


2-12-2022, 16:15.

             AXCP fəalı həbs edilib

 

Noyabrın 26-da Azərbaycan Xalq Cəbhəsi Partiyasının Qaradağ rayon şöbəsinin fəalı Elnur Həsənov 30 sutka müddətinə inzibati qaydada həbs edilib.

 

Bu barədə AXCP məlumat yayıb.

 

AXCP bildirir ki, fəalın həbsinin səbəbi sosial şəbəkələrdə paylaşımlarıdır.

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Turana Elnur Həsənovun həbsini təsdiqləyib.

 

O bildirib ki, Elnur Həsənovun həbsində siyasi səbəb yoxdur.

 


Вернуться назад