Главная > Dünya > Türkiyədə yaşayan iranlı jurnalist Tehrana qaçırılıb

Türkiyədə yaşayan iranlı jurnalist Tehrana qaçırılıb


30-11-2022, 16:00.

         Türkiyədə yaşayan iranlı jurnalist Tehrana qaçırılıb

 

İranlı jurnalist Məhəmməd Muradi Türkiyədə yoxa çıxdıqdan 5 ay sonra ailəsi ilə əlaqə saxlayıb.

Musavat.com xəbər verir ki, o, İranda kəşfiyyat orqanlarının əlində olduğunu deyib. Gələn informasiyalara əsasən, iranlı jurnalist İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən saxlanılır.

Qeyd edək ki, 2014-cü ildə Məhəmməd Muradi İranda dövlətə qarşı çıxmaqla suçlandıqdan sonra Türkiyəyə qaçıb. Muradi ailəsinin maraqlarını təmsil edən türkiyəli vəkil Salih Efenin sözlərinə görə, Türkiyə həmin vaxt jurnalistə sığınacaq da verib.

Muradinin ailəsinin dediyinə görə, 2022-ci il may ayının sonunda o, çörək almağa gedib və geri qayıtmayıb. Jurnalistin yaxınları onun oğurlanması şübhəsi ilə prokurorluğa müraciət ediblər. Türkiyə hüquq-mühafizə orqanları araşdırmaya başlayıb, lakin Muradini heç yerdə tapmayıblar.

Ümumiyyətlə, son illərdə İran kəşfiyyatı tərəfindən xaricdə yaşayan onlarla jurnalist, ictimai fəal və ikili vətəndaşlığı olan insanların təqib olunması halları çoxalıb.

 


Вернуться назад