Главная > Problem > “Kontakt home”dan müdhiş oğurluq: 10 GÜN ÖNCƏ NAĞD MAL ALDI, ŞİRKƏT "YOXA ÇIXDI"

“Kontakt home”dan müdhiş oğurluq: 10 GÜN ÖNCƏ NAĞD MAL ALDI, ŞİRKƏT "YOXA ÇIXDI"


28-11-2022, 13:21.

          "Kontakt home”dan müdhiş oğurluq:10 GÜN ÖNCƏ NAĞD MAL ALDI, ŞİRKƏT "YOXA ÇIXDI"

 

7NEWS.az xəbər verir ki, bu barədə tanınmış ictimai xadim Fərasət Qurbanov məlumat verib: """Kontakt home” şirkətini heç vaxt belə təsəvvür etməzdim. Şirkətin telefonları zəngə cavab vermir, əməkdaşları müştəriləri aldadır, xidmətin keyfiyyəti monitorinq edilmir, heç bir daxili nəzarət yoxdur və s. Belə ki, səhətində böyük problemi olan xəstə bir xanım "Kontakt home”dan soyuducu alıb. Soyuducunun ödənişini nağd şəkildə 8 gün bundan əvvəl etməsinə baxmayaraq hələ də malını ala bilmir. "Kontakt home”un əməkdaşları gah 2 günə, gah 4 günə, gah da 6 günə soyuducunun müştəriyə çatdırılacağını bildirirlər. Amma üstündən 8 gün keçməsinə baxmayaraq soyuducu müştəriyə təhvil verilməyib. Dünən, yəni noyabrın 27-də şirkətin xanım operatorlarından biri deyir ki, "mal yoldadır, gətirirlər”. "Kontakt home”un Azadlıq metriostansiyasının yanındakı filialın mağazasından həmin xanımın yaşadığı ünvana qədər cəmi 1 km. məsafədir. Dünən "yolda olan” "Kontakt home”un əməkdaşları 1 km. məsafəni hələ də gəlib çıxa bilməyiblər. Bu halın özü "Kontakt home”un mallarının keyfiyyəti haqda da şübhələr yaradır. Belə təsəvvür və şübhələr yaranır ki, həmin soyuducudan "Kontakt home”un mağazasında yoxdur, şirkət topdansatış yerlərini gəzərək həmin markadan olan soyuducunu axtarır. Özündə olsaydı gətirib quraşdırardı. Avtomatlaşdırılmış telefonlarla da şirkətlə əlaqə saxlamaq çox çətindir, e-mailllərə və mesajlara cavab verilmir. Dünən birtəhər telefonlara düşə bildik. Şirkətin Emin adlı bir operatoruna həmin xanım dərdini danışıb irad bildirəndə "gəlin sabah pulunuzu geri alın” cavabını aldı.

Mən heç vaxt bu qəbildən olan mövzulara dair status paylaşmamışam. Amma xəstə qadına qarşı olunan bu qədər haqsızlığa, məsiliyyətsizliyə və zülmə biganə qala bilmədim. Belə rəftar və xidmət "Kontakt home” rəhbərliyinin dəst xətti olmasını düşünmürəm. Yəqin ki, rəhbərlik əməkdaşlarını cəzalandıracaq və bu barədə müştəriyə bildirəcək. Əks halda bu yanaşma bütövlükdə "Kontakt home”un bərbad və keyfiyətsiz ximəti və mahiyyətini ifadə edəcək. Bu haqda sizləri məlumatlandırmaqla, gələcəkdə "Kontakt home”dan mal alarkən ehtiyatlı olmağınızı bildirmək istədim. Öz növbəmdə isə yalnız bunu deyə bhilərəm: "Sadəcə, ayıb olsun!”"

Mətbuatda gedən məlumatlarda iddia olunut ki, "Kontakt home” şirkəti deputat Elnur Allahverdiyevə məxsusdur.

 


Вернуться назад