Главная > Ölkə > Moped sürücülərinin DİQQƏTİNƏ: Sürücülük vəsiqəsi tələb olunacaq

Moped sürücülərinin DİQQƏTİNƏ: Sürücülük vəsiqəsi tələb olunacaq


28-11-2022, 17:33.

             Moped sürücülərinin DİQQƏTİNƏ: Sürücülük vəsiqəsi tələb olunacaq

 

Azərbaycanda moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq.

Uluyol.info APA-ya istinadla xəbər verir, bu "Yol hərəkəti haqqında” qanununa təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanun layihəsinə əsasən, dəyişikliyə əsasən konstruktiv maksimal sürəti 50 km/saatdan artıq olan bütün nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanı ilə təmin edilməsi və sürəti 50 km/saatdan çox olan mopedçilərin sürücülük vəsiqəsi alması təklif edilir.

Hazırda moped sürücülərinin sayının minlərlə olduğunu nəzərə alaraq, qanunun 6 ay sonra qüvvəyə minməsi təklif edilir.

Qeyd edək ki, Baş Dövlət Yol Polisi idarəsinin məlumatına əsasən, bu prosesin asan və şəffaf keçirilməsi üçün xüsusi komissiya yaradılıb, mopedçilər üçün sürücülük vəsiqəsi (A1) imtahanlarının məzmunu sadələşdirilib.

 


Вернуться назад