Главная > Aktual > İlon Maskın şirkəti kosmosa 4 ton yük göndərdi

İlon Maskın şirkəti kosmosa 4 ton yük göndərdi


27-11-2022, 20:45.

           İlon Maskın şirkəti kosmosa 4 ton yük göndərdi

 

ABŞ-nin kosmik nəqliyyat şirkəti SpaceX Falcon 9 raketi ilə yük daşıyan Dragon kapsulunu kosmosa uğurla buraxıb.

Uluyol.info"Qafqazinfo”ya istinadən xəbər verir ki, SpaceX və Amerika Milli Aeronavtika və Kosmos Administrasiyası (NASA) Florida ştatındakı Kennedi Kosmik Mərkəzindən uçuş həyata keçirilib.

Bildirilib ki, kapsul təxminən 4 ton qida və material daşıyacaq. Əgər missiya problemsiz başa çatarsa, kapsul yanvarın əvvəlində Florida sahillərində dənizə paraşütlə atılacaq.

Qeyd edək ki, SpaceX şirkətinin rəhbəri milyarder İlon Maskdır.

 


Вернуться назад