Главная > Siyasət > İlham Əliyev: "İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik"

İlham Əliyev: "İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik"


25-11-2022, 22:00.

         İlham Əliyev: "İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik"

 

"Biz həyat tərzimizin, Azərbaycanın dünyəvi inkişaf vektorunun və azərbaycanlıların, o cümlədən İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik. Onlar xalqımızın bir hissəsidir", - Prezident vurğulayıb.

 

"İran ilə sərhəddə hərbi təlimlər keçirməli olduq ki, onlardan qorxmadığımızı nümayiş etdirək. Mən İranın üç prezidenti - Hatəmi, Əhmədinejad və Ruhani ilə işləmişəm. Bütün bu illər ərzində bugünkünə bənzər vəziyyət yaranmamışdı. Heç vaxt İran bizim sərhədimizdə bir neçə ay müddətində iki hərbi təlim keçirməmişdi. Heç zaman Azərbaycana qarşı bu qədər nifrət və hədə-qorxu ilə dolu bəyanat verilməmişdi", deyə Prezident bildirib.

 

Dövlət başçısı deyib: "Biz hər zaman istənilən anti-Azərbaycan bəyanatına və hərəkətinə cavab vermişik və verəcəyik. Bu səbəbdən biz İran ilə sərhəddə hərbi təlimlər keçirməli olduq ki, onlardan qorxmadığımızı nümayiş etdirək".

 


Вернуться назад