Главная > Ölkə > Müsavatda çətin seçki: 30 namizəddən yalnız 5-i seçildi

Müsavatda çətin seçki: 30 namizəddən yalnız 5-i seçildi


26-11-2022, 19:06.

           Müsavatda çətin seçki: 30 namizəddən yalnız 5-i seçildi

 

Noyabrın 26-da Müsavat Partiyası Məclisinin sessiyası keçirilib.

Nüşabə Sadıxlının sədrliyi ilə keçirilən iclasda təşkilati məsələlərə baxılıb və ictimasi-siyasi vəziyyət müzakirə olunub.

Başqan Arif Hacılı geniş məruzə ilə çıxış edib.

Yeni seçilən təşkilat sədrlərinin Məclis üzvü səlahiyyətləri təsdiq edilib.

Daha sonra Məclisdə və Mərkəzi Nəzarət Təftiş Komissiyasında boş qalan yerlərə seçkilər keçirilib.

Məclis üzvlüyünə 28 namizəddən yalnız 3 nəfər –Elşən Əlisoy, Ərzulla Buludlu və Ulduzə Qəmbər lazım olan 53 və daha artıq səs toplayaraq Məclis üzvü seçilə biliblər. Rövşən Hüseynov və Əhliyar Məhərrəmli MNTK üzvü seçiliblər.

 




Вернуться назад