Главная > Siyasət > Hakimiyyətin İran və Rusiya ilə bağlı bəyanatları saxtadır – Divanın gündəliyi

Hakimiyyətin İran və Rusiya ilə bağlı bəyanatları saxtadır – Divanın gündəliyi


21-11-2022, 18:42.

          Hakimiyyətin İran və Rusiya ilə bağlı bəyanatları saxtadır – Divanın gündəliyi

 

Noyabrın 21-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, iclasda əvvəlcə görülən işlər barədə məlumat dinlənilib.

Müsavatın təşəbbüsü ilə İranın Azərbaycandakı səfirliyi qarşısında keçirilən aksiya yüksək qiymətləndirilib. Polis aksiyanı zorakılıqla dağıdıb, Müsavat başqanı Arif Hacılı başda olmaqla, 60-dan çox müxalifətçi saxlanılıb. Buna baxmayaraq aksiya Azərbaycanda və İranda ictimai diqqəti cəlb edib.Divan aksiyada iştirak edən hər kəsə təşəkkür elan edib.

Partiyanın Kəlbəcər rayon təşkilatının Təşkilat Komitəsinin iclası haqda məlumat dinlənilib.

Müsavat Partiyası Məclisinin noyabrın 26-na təyin olunan sessiyasının gündəliyinə dair təkliflər irəli sürülüb.

Ölkədə və dünyada gedən proseslər haqda fikir mübadiləsi aparılıb.

Qeyd edilib ki, Qarabağda tikinti işləri üçün büdcədən külli miqdarda vəsait ayrılmasına baxmayaraq, işğaldan azad olunmuş ərazilərdə çalışan işçilərə aylarla əmək haqqı verilmədiyi, bu sahədə korrupsiyanın tüğyan etdiyi barədə məlumatlar narahatlıq doğurur.

Azərbaycanla Ermənistan arasında sülh sazişinin yubanması və bu dövr ərzində Qarabağda süni surətdə Rusiya icmasının yaradılmasından narahatlıq ifadə edilib.

Birləşmiş Millətlər Təşkilatında həm İran, həm də Rusiya ilə bağlı qətnamələr qəbul olunarkən rəsmi Bakının neytral qalması pislənilib. Azərbaycan hakimiyyətinin İran və Rysiya ilə bağlı son bəyanatlarının saxta olduğu və daxili auditoriyaya hesablandığı vurğulanıb.

Sonda cari məsələlər müzakirə olunub.

 


Вернуться назад