Главная > Baş Xəbər / Aktual > Avropa Parlamenti Rusiyanı terrorçu dövlət elan etdi

Avropa Parlamenti Rusiyanı terrorçu dövlət elan etdi


23-11-2022, 17:54.

        Avropa Parlamenti Rusiyanı terrorçu dövlət elan etdi

 

Avropa Parlamentinin üzvləri bu günkeçirilən iclasda Rusiyanı terrorizmin sponsoru kimi tanıyan qətnamə qəbul ediblər.

Musavat.com xəbər verir ki, deputatlar çıxışlarında prezident Vladimir Putin və onun hökumətinin beynəlxalq tribunala çıxarılması üçün zəmin hazırladıqlarını bildiriblər.

"Rusiya Federasiyası tərəfindən Ukraynanın mülki əhalisinə qarşı müntəzəm hücumlar və vəhşiliklər, mülki infrastrukturun dağıdılması, beynəlxalq humanitar hüququn digər mddələrinin pozulması Ukrayna əhalisinə qarşı terror aktları ilə eyniləşdirilir və müharibə cinayətləri təşkil edir”, - deyə sənəddə qeyd olunur.

Rusiya Federasiyası bu aktla müharibə zamanı terror üsullarından istifadə edən ölkə kimi tanınıb. Avropa Birliyinin üzvləri dövlətlərin terrorçular siyahısına salınmasına imkan verən yeni qanunvericiliyin hazırlanmasına çağırış ediblər. Hazırda AB-nin terrorçu siyahısına yalnız təşkilatlar və şəxslər əlavə edilə bilər.

Deputatlar AB ölkələrini Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı xüsusi tribunalın qurulmasına dəstək təşkil etməyə çağırıblar. Səsvermədən əvvəl qeyd olunub ki, bu sənəd Rusiya prezidenti Vladimir Putin və onun hökumətinin mühakimə olunması üçün bir addım olmalıdır.

Qətnamənin Avropa ölkələri üçün məcburedici qüvvəsi yoxdur və simvolik məna daşıyır. Sənədin lehinə 494 deputat, bitərəf 44, əleyhinə 58 deputat səs verib.

 


Вернуться назад