Главная > Cəmiyyət > "Babək Səmidli özü xahiş edib ki, Fərhad müəllim onun səsini yazsın" - ŞOK AÇIQLAMALAR
"Babək Səmidli özü xahiş edib ki, Fərhad müəllim onun səsini yazsın" - ŞOK AÇIQLAMALAR23-11-2022, 15:44. |
Məşhur azərbaycanlı iş adamı Fərhad Əhmədovun köməkçisi Ruhəngiz Seyidova son günlər milyarderlə bağlı baş verən qalmaqallar, ona qarşı irəli sürülən ittihamlar, yazılan yazılarla bağlı sualları cavablandırıb. O, Manset.az xəbər portalına eksklüziv müsahibə verib. Həmin müsahibəni təqdim edirik: Ruhəngiz xanım, siz Fərhad müəllimin köməkçisisiniz bilmək istərdik ki, o, hazırda evdədirmi? Səhhəti necədir? - Bəli, evdədir. Səhhəti də çox gözəldir. Özünü
necə hiss edir? - Xeyr, xeyr. Bütün yazılanlar hamısı uydurma, cəfəngiyatdır. Biz oxuyuruq, gülürük.
- O, saxlanılma deyildi. Səhv məlumatdır. O, saxlanılmayıb, bir şahid kimi dəvət olunub.
- Bəli. Təbii ki, onu tutub əllərini qandallayıb aparmayıblar. Biri var adi bir adamı aparırlar, indi bu nüfuzlu bir şəxs kimi dəvət edirlər. Bu bir az fərqli baş verir. Bizim millət bunu anlamır.
Ev
dustağı necə rayona gedə bilər, Bakıya qayıda bilər? - Xeyr. Bu, cəfəngiyatdır.
- Deyirəm yalandır və təsdiq edirəm, yalandır. Sualınız
varsa, Dövlət Təhlükəsizliyi Xidmətindən şəxsən məlumat ala bilərsiniz.
- Babək Səmidlinin məlum yayılmış səs yazısı ilə bağlı dəvət olunub.
- Xeyr. Onu yayanlar digər adamlardır. Nə məqsədlə yayıblarsa, onu da DTX araşdırıb tapmalıdır.
- Siz internetdə görmüsünüz də, o məlumatı məndən niyə soruşursunuz? Bütün internetdə var ki, bu səs yazısı Fərhad Əhmədovdur. Yəni bu, internetdə artıq var. Fərhad müəllimin o sualları Babək Səmidliyə verməkdə məqsədi nə idi? Niyə belə suallar verib onun səs yazısını yazıb? Babək Səmidli özü xahiş edib ki, Fərhad müəllim onun səsini yazsın. O başa düşürdü ki, müharibədi hər an hər şey ola bilər, istəyirdi ki, səsi yazılsın və sonra onun ailəsinə verilsin. Müharibə ilə bağlı bir sıra düzgün məlumatlar yazılsın və lazım olarsa sonra cənab Prezidentə çatdırılsın.
- Həmin məsələni müvafiq qurumlar hazırda araşdırır. Şəxsən özümə də çox maraqlıdır.
- Bəli. Təbii ki, o da ola bilər. Bu araşdırma artıq Fərhad Əhmədovun borcu deyil, müvafiq qurumların borcudur ki, bunu araşdırsın.
- Fərhad müəllimi zatən Rusiya cəsusu adlandıran adam şəxsən özü cəsusdur, bunu deyə bilərəm. Göyçaydan aralanmayan bir adam cəsus ola bilərmi? 44 günlük müharibə zamanı mən onun köməkçisi kimi orduya yardım göndərilməsi barədə ondan o qədər tapşırıqlar alırdım. Babək Səmidlinin Fərhad müəllimi Suqovuşana dəvət etməsinin səbəbi təşəkkürlə bağlı olub ki, buyurun gəlin baxın nələr baş verir, erməniləri necə əzirik. Onlar dost olublar? - Xeyr. Dost olmayıblar. 44 günlük müharibə zamanı Fərhad müəllimin orduya kömək göstərdiyi zaman Babək müəllim bilib ki, Fərhad müəllim nə cür insandır. Babək müəllim hərbçi, Fərhad müəllim biznesmen, onlar nə dost ola bilərlər.
- Bəli, 44 günlük müharibədən başlayıb.
- Xeyr. Təbii ki, olmaz. Hər adam durub media ilə bağlı bu sualları versə, bu adam təsəvvür edin..
- Özünün reaksiyası, məyus olub ki, bu məsələyə niyə belə bir don geyindirilib? Özünə də çox maraqlıdır ki, DTX araşdırsın və nəticəni görsün.
- Son bir ildir buradadır. Bu adam istirahət etmir. Göyçayda "Malikanə" adlandırılan yerdə yaşayır. Göyçayda onun tikdiyi zavod, hotellər, restoranlar, fermalar, bütün təsərrüfat yerlərinə nəzarət edir. İşçilərin başının üstündə durur. İşçilər oradan pul qazanırlar, ailələrini dolandırırlar. Bu da orada təbii ki, onların başının üstündədir. İstirahət etmək üçün Bodruma, Amerikaya, İngiltərəyə, Fransaya getmək lazımdır.
- Onu mən 10 dəqiqə bundan qabaq oxudum. 20 ildir Fərhad müəllimlə bərabər işləyirəm, Ramiz Mehdiyev adını ancaq internetdə və televiziyada eşitmişəm. Fərhad müəllimlə heç indiyə kimi nəinki bağlılığı, onun adı onun yanında zatən heç hallanmayıb.
- Hörmətli Əli bəy, dünən sizi şəxsən mən Cenifer Lopezlə bərabər Bakıda görmüşəm. İnanırsınız buna? Eyni şeydir. Başa düşdünüz nə demək istəyirəm? Mən gülürəm bu söhbətlərə. Kim istəsə Göyçay Rayon İcra Hakimiyyətinə sorğu verib öyrənə bilər ki, RamizMehdiyev rayona haçan səfər edib. Belə şey olmayıb.
- Fərhad Əhmədov heç zaman Ramiz Mehdiyevlə görüşmək istəməyib.
Zatən ona aid bir işi olmayıb. Fərhad müəllimin görüşü olub cənab Prezidentlə..
Ramiz Mehdiyev nəyinə lazımdır Fərhad Əhmədovun?!
- Ramiz Mehdiyevin evini bəlkə başqa bir hansısa Fərhad Əhmədov almış ola bilər. Amma mənim şefim Fərhad Əhmədov Ramiz Mehdiyevdən heç vaxt ev almayıb.
- Cəfəngiyatdır, boş söhbətdir.
- Ziya Məmmədova gəldikdə isə, Ziya Məmmədova məxsus torpaq sahəsi satışda olub, bəli. Bu, gizlibir məlumat da deyil. Burada nə cür qəbahət iş var? Ziya Məmmədova məxsus torpaqlardan biri Fərhad müəllim Göyçayda oturduğu üçün Göyçayda Potu kəndində olan torpağı satışda olduğu üçün alıb. Ziya müəllimin bilmirəm qardaşı və ya kimlər tərəfindən satışa olan zaman. Normal bir şeydir. Nə var burada? Bayaq dediyiniz Ramiz Mehdiyevi mən tamamilə yox deyirəm. Amma Ziya Məmmədovla bəli. Ziya Məmmədova məxsus, heç ona da məxsus deyildi səhv etmirəmsə, qardaşınamı məxsus idi. Siz bilirsiniz sənədlərdə kimə məxsus olub. Çox normaldır. Torpaq sahələri satılıb. Torpaq sahələri niyə maraqlandırıb Fərhad müəllimi? Çünki orada nar bağları var imiş. Həmin torpaq sahəsində Fərhad müəllim özü özünə ev tikib. ƏLAVƏ: Mən Fərhad Əhmədovu bir dəfə Rusiyada tədbirdə görmüşəm. Uzaqdan salamlaşmışıq və mənim çox böyük hörmətim var. Ən azından insan iş yerləri yaradıb. Manşet.az-ın baş redaktoru kimi istədim ki, bu məsələyə aydınlıq gətirək. İnsanın reputasiyasına zərbə vuranlar özləri paylarını alacaqlar bir insan kimi. Bilirsiniz necə, kimsə bir komanda verib, qara piarı yaymağa başlayıblar. Kimlərdir hamısı araşdırılacaq, adlar çıxacaq ortaya. Mən belə adamları artıq görmüşəm. Birinci dəfə deyil. Sonra həmin adamlar gəlirlər, tülkü kimi üzr istəyirlər, "qələt eləmişəm, səhv demişəm, məni səhv yönəldiblər" - deyə-deyə həmin Fərhad Əhmədovdan üzr istəyəyiblər. Bu şeyləri mən görmüşəm, görə-görə gəlmişəm. Təşəkkür edirəm! Buyurun, sizdə sağ olun, ilk jurnalistsiz ki, mənə zəng vurduz olanları danışdım. Mən 20 ildir Fərhad müəllimin köməkçisiyəm. Ona görə də yazılanlar barədə danışdım.
Вернуться назад |