Главная > Problem > 20 motokuryerin narkotik daşıdığı aşkarlanıb

20 motokuryerin narkotik daşıdığı aşkarlanıb


14-11-2022, 21:02.

         20 motokuryerin narkotik daşıdığı aşkarlanıb

 

Bu il 20 motokuryer tərəfindən narkotik daşınması faktı aşkarlanıb.

"Qafqazinfo”nun məlumatına görə, son təhlillərə əsasən, motokuryer kimi fəaliyyət göstərən və sürücülük vəsiqəsi tələbi olmadan idarə olunan nəqliyyat vasitələrinin kobud şəkildə yol-hərəkət qaydalarını pozduğu üzə çıxıb. Belə ki, məhz mopedlərin iştirakı ilə 1 ölüm, 10 xəsarətlə nəticələnmiş 10 ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.20-yə yaxınnarkokuryerlik faktı aşkar edilib.

Gündəlik xronikalara əsasən, mopedlər tərəfindən xəsarət və ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin artması, sərxoş halda, narkotik vasitənin təsiri altında yol hərəkəti qaydalarını heçə sayaraq digər hərəkət iştirakçıları üçün təhlükələr yaratması müşahidə olunur. Sosial şəbəkə istifadəçiləri tərəfindən də həmin şəxslərin narkokuryerliklə məşğul olmaları ciddi narahatlıqlara səbəb olub.

 


Вернуться назад