Главная > Araşdırma > AZAL-da korrupsiya yoxlamaları başladı - CAHANGİR ƏSGƏROVUN FƏALİYYƏTİ TƏFTİŞ EDİLİR

AZAL-da korrupsiya yoxlamaları başladı - CAHANGİR ƏSGƏROVUN FƏALİYYƏTİ TƏFTİŞ EDİLİR


15-11-2022, 13:42.

          AZAL-da korrupsiya yoxlamaları başladı -CAHANGİR ƏSGƏROVUN FƏALİYYƏTİ TƏFTİŞ EDİLİR

 

 

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən xüsusi yoxlama qrupu Azərbaycan Hava Yolları Dövlət Konserndə (AZAL) yoxlamalara başlayıb.

 

Bu barədə Gununsesi.info-ya AZAL-dan bildirilib.

 

Məlumata görə, son bir neçə ili əhatə edən kompleks yoxlamanın 2 ay çəkəcəyi proqnazlaşdırılır.

 

Ehtimal olunur ki, Cahangir Əsgərovun adına yazılacaq yüz milyonlarla yeyinti ondan geri alındıqdan sonra işindən kənarlaşdırılacaq.

 

Son illər Cahangir Əsgərovun AZAL-dakı oğurluqlar hesabına əldə etdiyi ailə sərvəti haqqında çoxsaylı araşdırmalar dərc edilib.

 

Xatırladaq ki, Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev AZAL-ın Müşahidə Şurasının rəhbəridir.

 

Bu yaxınlarda AZAL-a yeni birinci vitse-prezident təyinatı da olub./Gununsesi.info

 

        
Вернуться назад