Главная > Aktual > Yaponiya Çinlə müharibəyə hazırlaşır? - SENSASİON TƏHLİL

Yaponiya Çinlə müharibəyə hazırlaşır? - SENSASİON TƏHLİL


13-11-2022, 19:40.

               Yaponiya Çinlə müharibəyə hazırlaşır? - SENSASİON TƏHLİL

 

Son dövrlərdə Cənub-Şərqi Asiyada yaşanan gərginliklər Yaponiya-Çin müharibəsinə gətirib çıxara bilər.

Musavat.com-un xəbərinə görə, bu barədə "Bloomberg”in analitiki Hel Brends maraqlı proqnoz verib.

O, Tayvanın rəsmi Pekin tərəfindən zorla ələ keçirilməsinin Yaponiya üçün fəlakətli nəticələrə səbəb olacağına diqqət çəkib:

"Tayvan düşərsə, Yaponiyanın cənub-qərb hüdudundakı adalar müdafiəsiz qala bilər. Çin Yaponiyanın həyati əhəmiyyət daşıyan ticarət yollarını kəsə, mübahisəli Senkaku adaları ətrafında təzyiqi artıra və ya başqa vasitələrlə tarixi rəqibinə təzyiq göstərə bilər”.

Amerikalı analitikin sözlərinə görə, ABŞ üçün Çin təhlükəli, lakin uzaq təhdiddir. Amma Yaponiya uzun illərdir ki, ölkənin mövcudluğu üçün təhlükə yarada biləcək bir dövlətlə qonşudur. Brends hesab edir ki, həmin səbəbdən artıq böyük regional hərbi gücə çevrilən Yaponiya düşməni çəkindirmə və özünü müdafiə imkanlarını gücləndirmək istiqamətində sürətlə irəliləyir.

"Yaponiya 2027-ci ilə qədər müdafiə xərclərini təxminən iki dəfə artırmağı planlaşdırır. O, bəzi cənub-qərb adalarını gəmi əleyhinə raketlər və hava hücumundan müdafiə vasitələri ilə dolu qalalara çevirir. Tokionun Çin donanmasının qarşısını almaq üçün yüksək keyfiyyətli sualtı donanmasından istifadə etməyi planlaşdırdığı bildirilir. Yaponiya həmçinin ABŞ-dan "Tomahawk” qanadlı raketləri və Çin materikini hədəfə ala biləcək digər zərbə silahları əldə etmək üzrədir”, - deyə yazıda qeyd olunub.

Hel Brends rəsmi Vaşinqtonu regionda ən vacib strateji tərəfdaşının maraqlarına məhəl qoymadığına görə tənqid edib:

"Əgər Tokio təxribatsız çəkindirmə vasitələrinə üstünlük verirsə, ABŞ əksinə, çəkindirmədən təxribatlara əl atır. Bütün bunlar Yaponiyanın sürətlə hərbiləşdirilməsinə gətirib çıxarır ki, bu da hərbi qarşıdurmaya hazırlığın göstəricisi ola bilər”.

 


Вернуться назад