Главная > Baş Xəbər / Mövqe > Fahrettin Altun: “Qarabağda qələbə qazansaq da, informasiya sahəsində işlərimiz hələ bitməyib”

Fahrettin Altun: “Qarabağda qələbə qazansaq da, informasiya sahəsində işlərimiz hələ bitməyib”


8-11-2022, 18:14.

        Fahrettin Altun: "Qarabağda qələbə qazansaq da, informasiya sahəsində işlərimiz hələ bitməyib”

 

"Azad edilmiş torpaqlar bu gün öz küllərindən yenidən doğulur”.

Bu sözləri Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsinin rəhbəri Fahrettin Altun "Qarabağ Zəfəri Konfransı: Azadlığa qovuşan qədim Vətən” tədbirində çıxışı zamanı deyib.

"Atacağımız addımlarla birliyimizi gücləndirəcəyik. Bu gün görürük ki, dezinformasiya məlumatları ilə qələbəmizə kölgə salmağa çalışanlar var. Azərbaycanın 28 ildir apardığı haqq mübarizəsini boğmağa çalışırlar. Qarabağda qələbə qazansaq da, informasiya sahəsində işlərimizin hələ bitmədiyini görürük. Biz bu dezinformasiyalara yol verməyəcəyik”, - deyə Altun qeyd edib.

"Qarabağ Azərbaycanın doğma torpağıdır. Qarabağ zəfəri türkçülüyə bir daha şöhrət qatdı. Azərbaycan xalqı və türk dünyası Qarabağdakı erməni zülmkarlığını unutmayacaq. Qarabağ azad edilib və bir daha işğal olunmayacaq”, - deyə o vurğulayıb.

"Azad edilmiş torpaqlar bu gün öz küllərindən yenidən doğulur. Qarabağ hər cəhətdən dirçəlir. Azərbaycan inkişaf dastanı yazır”, - deyə o əlavə edib.

Altun qeyd edib ki, bölgədə sülhün və sabitliyin təmin olunması üçün Ermənistanın da bunu yaxşı dəyərləndirməsi lazımdır.

"Azərbaycanlı qardaşlarımızın yanında olmağa davam edəcəyik. Qarabağ zəfərimiz mübarək olsun!” - deyə o təbriklərini çatdırıb.

 


Вернуться назад