Главная > Dünya > Bu ölkədə 300-dən çox polis istefa verdi

Bu ölkədə 300-dən çox polis istefa verdi


6-11-2022, 20:46.

           Bu ölkədə 300-dən çox polis istefa verdi

 

Kosovo və Metohiyada 300-dən çox serbpolis istefa verib. Onlar polis idarəsinə gələrək eyni vaxtda istefa verdiklərini bildiriblər.

Uluyol.info-nunOxu.az-a istinadən xəbərinə görə, bundan sonra etirazçılar qısa müraciət yayaraq bəyan ediblər ki, "bu gündən etibarən vilayətin şimalındakı Kosovo polisində daha serb yoxdur”.

Xatırladaq ki, bir müddət öncə Kosovo və Metohiyadan olan serblər tanınmamış Kosovodakı bütün hakimiyyət qurumlarından çıxıblar. Vilayətdəki serblərin lideri Qoran Rakiç tanınmamış Kosovo hökumətindən çıxması ilə bağlı bəyanat verib. Bundan əlavə, serb deputatlar parlamenti tərk etdiklərini, daha sonra hakimlər, eləcə də bələdiyyə başçıları istefa verdiklərini elan ediblər.

Qeyd edək ki, Kosovo hakimiyyəti noyabrın 1-dən xəbərdarlıq edərək serblərə məxsus avtomobillərinqeydiyyat nişanlarını dəyişdirməyənləri cərimələmək qərarına gəlib. Bu qərar bölgədəgərgin vəziyyəti bir qədər də kənkinləşdirib.

 


Вернуться назад