Главная > Cəmiyyət > Əli İnsanovdan açıqlama: “Prezident İlham Əliyevə mane olmamalıyıq, dəstəkləməliyik”

Əli İnsanovdan açıqlama: “Prezident İlham Əliyevə mane olmamalıyıq, dəstəkləməliyik”


5-11-2022, 16:48.

       Əli İnsanovdan açıqlama:"Prezident İlham Əliyevə mane olmamalıyıq, dəstəkləməliyik”

 

"Prezident İlham Əliyev tarixi missiyasını uğurla yerinə yetirir, xalqımızın ümidlərini doğruldur, arzularını gerçəkləşdirir”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Haqq Ədalət Partiyasının sədri Əli İnsanov bildirib.

 

"Prezident İlham Əliyev uzun illərdir, Qarabağ probleminin həlli ilə məşğuldur. Bunu hamımızdan yaxşı edir. Mane olmamalıyıq. Bir müddət iddialarımızdan əl çəkərək tarixi şansdan yararlanmaq üçün cənab Prezidentə bacardığımız dəstəyi verməliyik. Müşahidələrim bunu deməyə əsas verir ki, Prezident İlham Əliyev Qarabağ probleminə aidiyyatı və yaxud maraqları olan dövlətləri, liderləri çox məharətlə məsələnin həllinə cəlb edə bilir. Haqq Ədalət Partiyası olaraq, daim ordumuzun və dövlətimizin yanında olduğunu bildirirəm, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəklədiyimizi bəyan edirəm” – Ə.İnsanov qeyd edib.

 


Вернуться назад