Главная > Ölkə > Novella Cəfəroğlu: “Müsavata birləşə bilərlər, amma Müsavat heç bir partiyaya birləşə bilməz”

Novella Cəfəroğlu: “Müsavata birləşə bilərlər, amma Müsavat heç bir partiyaya birləşə bilməz”


5-11-2022, 14:33.

          Novella Cəfəroğlu: "Müsavata birləşə bilərlər, amma Müsavat heç bir partiyaya birləşə bilməz”

 

İsa Qəmbər başqanlığa qayıdarsa, Azərbaycanda fəaliyyət göstərən 59 siyasi partiya Müsavata biləşə bilər...

 

Bu sözləri Pravda.az-a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.

"Müsavat böyük partiyadır, kim istəyirsə, gəlsin, Müsavata birləşsin, olsunlar daha böyük bir partiya, mübarizəni bir yerdə aparsınlar. Mən demirəm, kiçik partiyalar olmasın. Onlar da olsunlar, amma hakimiyyətə gəlmək istəyən partiyaların gücləri varsa, birləşsinlər, hakimiyyətə samballı gəlsinlər. ABŞ-dakı kimi – demokratlar və respublikaçılar. Bu məsələlər, doğrudan da, aktualdır. Yalnız bir yerdə olmaqla, gücünü birləşdirməklə həm çoxluqla parlamentə düşə bilərsən, həm də hakimiyyət strukturlarında yer ala bilərsən”.

O, İsa Qəmbər başqanlığa qayıdarsa, Azərbaycanda fəaliyyət göstərən 59 siyasi partiyanın əksəriyyətinin Müsavat Partiyasına birləşə biləcəyi barədə fikirlərə də münasibət bildirib:

"Müsavat indi də güclüdür. İsa Qəmbər mənim çox sevdiyim insandır. Adamın Allahı var, Arif bəy də güclü siyasətçidir, onun da ətrafında çox adam var. Amma İsa Qəmbər gəlsə, çox adam qayıda bilər. Bu fikirlərlə razıyam”.


 


Вернуться назад