Главная > Mövqe > İsveçdən PKK ilə bağlı gözlənilməz AÇIQLAMA: "Özümüzdən uzaqlaşdıracağıq ..."

İsveçdən PKK ilə bağlı gözlənilməz AÇIQLAMA: "Özümüzdən uzaqlaşdıracağıq ..."


5-11-2022, 19:51.

              İsveçdən PKK ilə bağlı gözlənilməz AÇIQLAMA:"Özümüzdən uzaqlaşdıracağıq ..."

 

Türkiyənin İsveç və Finlandiyanın NATO üzvlüyünə etirazlarının davam etməsi ilə bağlı müzakirələr davam edərkən, İsveçdən diqqətçəkən bir açıqlama gəlib.

Musavat.com xəbərverir ki, İsveç xarici işlər naziri Tobias Billstrom ölkəsinin terror təşkilatı PKK-nın Suriya qolu olan PYD/YPG-dən uzaqlaşacağını açıqlayıb.

Ölkəsinin Suriyada PYD/YPG-yə verdiyi dəstəyə toxunan Billstrom İsveç Radiosuna bunları deyib:"Bu təşkilatlarla PKK arasında çox sıx bir əlaqə var. Burada əsas məqsəd İsveçin Türkiyə ilə əlaqələri və NATO-ya üzvlüyüdür”.

Qeyd edək ki, İsveçin baş naziri Ulf Kristerssonun da gələn həftə Türkiyəyə gələrək prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcəyi gözlənilir.

 


Вернуться назад