Главная > Türk Dünyası / Cəmiyyət > “Cənab Prezident, Türk gəncliyi Sizin mesajınızı alıbdır"-Təbrizdə Azərbaycana dəstək posterləri yayılır

“Cənab Prezident, Türk gəncliyi Sizin mesajınızı alıbdır"-Təbrizdə Azərbaycana dəstək posterləri yayılır


2-11-2022, 23:34.

"Cənab Prezident, Türk gəncliyi Sizin mesajınızı alıbdır"-Təbrizdə Azərbaycana dəstək posterləri yayılır

 

Təbriz, Ərdəbil və digər şəhərlərdə Azərbaycan Respublikasına dəstək posterləri yayılıb.

Axar.az xəbər verir ki, bu barədə "Azad İran” Teleqram kanalı məlumat yayıb.

Bildirilir ki, bu gün Azərbaycan Prezidentinin fotoları Güney Azərbaycan şəhərlərində müxtəlif yerlərə vurulub. Fotoların üzərində isə bu sözlər yazılıb:

"Cənab Prezident, Türk gəncliyi Sizin mesajınızı alıbdır.

Azərbaycan dövləti öz dövlətimiz, Azərbaycan Prezidenti öz prezidentimiz.

Biz hər zaman Güney gəncliyi olaraq Azərbaycan cəbhəsindəyik.

Vətənimizin o tayı, bu tayı yoxdur!

Biz böyük Azərbaycanıq!"

 


Вернуться назад