Главная > Region > XTQ Azərbaycanın cənub sərhədlərində təlimə başladı - Hikmət Mirzəyev rəhbərlik edir

XTQ Azərbaycanın cənub sərhədlərində təlimə başladı - Hikmət Mirzəyev rəhbərlik edir


2-11-2022, 15:15.

         XTQ Azərbaycanın cənub sərhədlərində təlimə başladı -Hikmət Mirzəyev rəhbərlik edir

 

Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il üçün döyüş hazırlığı planına əsasən Azərbaycanın cənub sərhədlərinə yaxın ərazilərdə Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissələrinin təlimi başlayıb.

 

Xəbəri Müdafiə Nazirliyi yayıb.

 

Bildirilir ki, Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-leytenant Hikmət Mirzəyevin rəhbərliyi ilə keçirilən təlimin planına əsasən hərbi hissələr "Həyəcan" siqnalı ilə qaldırılıb.

 

Daimi dislokasiya məntəqələrini tərk edən xüsusi təyinatlılar əməliyyat rayonlarına çıxarıldıqdan sonra komandirlərin məruzələri dinlənilib və tapşırıqlar dəqiqləşdirilib.

 

Hərbi Hava Qüvvələrinin, Raket və Artilleriya Qoşunlarının təlimə cəlb olunan hissə və bölmələri müvafiq olaraq təyin edilmiş aerodromlara və rayonlara cəmləşdirilib.

 

Digər qoşun növləri ilə qarşılıqlı fəaliyyət təşkil edilib.

 

Plana uyğun olaraq təlimin növbəti mərhələlərində xüsusi təyinatlı bölmələr onları dəstəkləyən Hərbi Hava Qüvvələri, eləcə də Raket və Artilleriya Qoşunlarının bölmələri ilə qarşılıqlı əlaqədə bir sıra tapşırıqları icra edəcək.

 

Təlim çərçivəsində xüsusi təyinatlı bölmələrin müəyyən xüsusi hazırlıqları üzrə ayrıca yoxlamalar keçirilir.

 


Вернуться назад