Главная > Mədəniyyət > Ermənilərin daha bir OĞURLUĞU: “Mədəniyyət Nazirliyi buna reaksiya verməlidir”

Ermənilərin daha bir OĞURLUĞU: “Mədəniyyət Nazirliyi buna reaksiya verməlidir”


2-11-2022, 14:50.

           Ermənilərin daha bir OĞURLUĞU:"Mədəniyyət Nazirliyi buna reaksiya verməlidir”

 

Ermənilər daha bir məşhur mahnımızı – sözləri İslam Səfərliyə, musiqisi Cahangir Cahangirova məxsus "Zərif gülüşlüm”ü oğurlayaraq öz adlarına çıxıblar.

Xalq artistləri İslam Rzayev, Şövkət Ələkbərovanın repertuarında sevilən bu mahnı erməni müğənni Harout Pamboukjian və Seda tərəfindən duet şəklində oxunub və klip çəkilib.

Bu oğurluğu reaksiya verən xalq artisti, tanınmış bəstəkar Oqtay Rəcəbov yenicag.az-a açıqlamasında ermənilərin hər zaman mədəniyyətimizə, incəsənətimizə göz dikdiklərini deyib:

"Erməninin xüsusiyyəti belədir, yalnız oğurlamaq və mənimsəyib öz adına çıxmaq. Apam Xaçaturyan adlı məşhur erməni bəstəkarı da illər öncə bizim milli rəqsimiz olan "Gülgəzi”ni özünün baletində istifadə edib və bunu azərbaycan rəqsi kimi yox, Qafqaz rəqsi kimi qələmə verib. Bu, onların canında-qanındadır. Mənim məşhur "Necə unudum səni” mahnımı da onlar oğurlayaraq öz adlarına çıxıblar. Məsələ burasındadır ki, erməni işini görür, biz isə heç bir reaksiya vermədən oturub gözləyirik. Bir neçə il öncə ermənilər Rusiyada "Erməni muğamı” adlı kitab çap etdirib yaydılar. Erməni hara, muğam hara?! Çox gülməlidir. Amma Azərbaycanda bir nəfər də olsun səsini çıxarmadı. Əslində susmaqla iş bitmir. Biz erməninin qarşısına dəlil-sübut çıxarmaqla onları susdurmalıyıq”.

Bəstəkar "Azərbaycan xalq musiqiçi janrları” adlı kitab yazdığını, lakin onun nəşri üçün vəsait tapmadığını təəssüf hissi ilə bildirib:

"Əlimdə hazır kitab var, "Azərbaycan xalq musiqiçi janrları” adlı o kitabda milli musiqimizlə bağlı bütün incəliklər yer alıb. O kitabın rus, ingilis. Yapon və digər dilərdə çap olunması və bütün dünyaya yayılmasını istəirəm. Bu, erməni qarşısına çıxarılacaq ən böyük sübutdur ki, bu musiqilər sizə yox, bizim xalqa məxsusdur. Yoxsa erməni dayanan deyil. Eyni zamanda, bu məsələyə Mədəniyyət Nazirliyi tərəfindən reaksiya olmalıdır. Bizsə susmağa üstünlük veririk. Ermənilər isə öz işlərindədir”.

Cəvahir

 


Вернуться назад