Главная > Mövqe > Kseniya Sobçak Rusiyadan qaçdı

Kseniya Sobçak Rusiyadan qaçdı


26-10-2022, 18:41.

           Kseniya Sobçak Rusiyadan qaçdı

 

Rusiyalı jurnalist Kseniya Sobçak ölkədən qaçıb.

O, istintaqı çaşdırmaq üçün öncədən Dubay və Türkiyəyə bilet alıb, sonra isə Moskvanı tərk edib və Belarusdan keçməkləLitvaya gedib.

Bu barədə jurnalistlərə güc strukturlarındakı mənbə məlumat verib.

Teleaparıcı çərşənbə axşamı gecə saatlarında paytaxtı tərk edib. Bildirilir ki, əməliyyatçıların əlində Kseniya Sobçakın saxlanılmasına dair həbs qərarı olub, lakin o, ölkədən qaçaraq gizlənməyə nail ola bilib.

Ehtimal edilir ki, Sobçakın həbsinə dair qərar onun kommersiya direktoru Kirill Suxanov, eləcə də "Tatler” jurnalının keçmiş baş redaktoru Arian Romanovskinin fiqurantları olduğu cinayət işi ilə bağlıdır.

Təsdiqlənməmiş rəsmi məlumatlara görə, bu, "Telegram” kanallarından istifadə edərək məmurlardan pul qoparılması ilə bağlı ola bilər.

Daha əvvəl bildirilmişdi ki, Kseniya Sobçakın bağ evində axtarış aparılıb. Jurnalistin özü isə Suxanovun saxlandığını təsdiqləyib, lakin ətraflı açıqlama verməyib.

Mənbə: Vesti.ru

 


Вернуться назад