Главная > Cəmiyyət > Müsavat fəalı xəstəxanaya yerləşdirildi: “Polislər öz istəklərinə nail oldular”

Müsavat fəalı xəstəxanaya yerləşdirildi: “Polislər öz istəklərinə nail oldular”


26-10-2022, 19:29.

           Müsavat fəalı xəstəxanaya yerləşdirildi: "Polislər öz istəklərinə nail oldular”

 

Müsavat Partiyasının fəalı Əziz Məmiyev AXCP-nin 24 oktyabr aksiyasında aldığı xəsarətə görə xəstəxanaya yerləşdirildiyini bildirib.

"Axır ki, polislər öz istəklərinə nail oldular. Şiddətli ağrılara dözə bilmədim. Hal hazırda acil duruma yerləşdirilmişəm. Uzinin diaqnozu belədir, travma nəticəsində meydana gəlmiş birinci dərəcəli böyrək genişlənməsi. Külfət hakimiyyətinin əl işi” – deyə, Əziz Məmiyev özünün feysbuk səhifəsində yazıb.

Qeyd edək ki, siyasi partiyalar haqqında qanuna mürtəce dəyişikliklər təklifinə etiraz olaraq təyin edilən aksiyaya polis müdaxilə edib, fəallar saxlanılıb. Əziz Məmiyev saxlanılarkən fiziki təzyiqlə üzləşdiyini bildirib.


 


Вернуться назад