Главная > Aktual > Ukrayna Ali Radası İçkeriyanı Rusiya tərəfindən işğal olunmuş kimi TANIDI

Ukrayna Ali Radası İçkeriyanı Rusiya tərəfindən işğal olunmuş kimi TANIDI


18-10-2022, 19:08.

            Ukrayna Ali Radası İçkeriyanı Rusiya tərəfindən işğal olunmuş kimi TANIDI

 

Ukrayna Ali Radası İçkeriyanı Rusiya tərəfindən işğal olunmuş kimi tanıyıb və çeçenlərin soyqırımını pisləyib.

Konkret.az xəbər verir ki, bu barədə deputat Yaroslav Jeleznyak bildirib. O deyib ki, Rada Çeçenistanı işğal olunmuş ərazi kimi tanıyıb.

Deputatın sözlərinə görə, Ukrayna parlamenti də iki çeçen müharibəsi zamanı Rusiya ordusunun çeçen xalqına qarşı törətdiyi soyqırımı pisləyib.

"Oktyabrın 18-də Ukrayna Ali Radası 287 səslə Çeçenistan İçkeriya Respublikasının Rusiya Federasiyası tərəfindən müvəqqəti işğal olunmuş kimi tanınmasını dəstəklədi. Parlamentarilər çeçen xalqının soyqırımını pislədilər”, – Jeleznyak deyib.

 


Вернуться назад