Главная > Dünya > Şam yeməyində QALMAQAL: Ərdoğanla Mitsotakis arasında nə baş verib? - TƏFƏRRÜAT

Şam yeməyində QALMAQAL: Ərdoğanla Mitsotakis arasında nə baş verib? - TƏFƏRRÜAT


17-10-2022, 19:27.

         Şam yeməyində QALMAQAL: Ərdoğanla Mitsotakis arasında nə baş verib? - TƏFƏRRÜAT

Çexiyanın paytaxtı Praqada keçirilən sammitdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis arasındakı gərginliyin təfərrüatı açıqlanıb.

Yenicag.az xəbər verir ki, bu barədə "The New York Times” qəzeti avropalı diplomat və orada olan iki yüksək rütbəli məmura istinadən məlumat yayıb.

Məlumatda iddia olunub ki, Mitsotakis 44 avropalı liderə müraciət edərkən Ərdoğan Yunanıstanın Baş nazirinin sözünü kəsərək səs tonunu qaldırıb.

R.T.Ərdoğan Mitsotakisin Türkiyəni hədəf alan açıqlamalarına çox əsəbiləşib. Ərdoğan Şərqi Egeydəki mübahisələrin həllində Yunanıstanın Baş nazirini qeyri-səmimilikdə ittiham edib.

Həmçinin Ərdoğan Avropa İttifaqını da Yunanıstan və Kiprin tərəfində olmaqda günahlandırıb.

Məlumata görə, gərginlik anında otaqda sakitlik yaranıb, müxtəlif ölkələrdən olan yüksək vəzifəli şəxslərin bəziləri yemək yeməyə davam edib, bəziləri isə əsəbiləşib.

Xatırladaq ki, Türkiyə Prezidenti Ərdoğan ötən həftə baş verənlərlə bağlı suala cavab verərkən, "Mitsotakis protokol qaydalarını bilməyən adamdır. Kimdən necə icazə aldı, bilmirəm, mənə söz çatdırmağa çalışırdı”, – deyə qeyd etmişdi.

 



Вернуться назад