Главная > Dünya > Türkiyədə mədən FACİƏSİ - Ölənlərin sayı 28 nəfərə çatdı

Türkiyədə mədən FACİƏSİ - Ölənlərin sayı 28 nəfərə çatdı


15-10-2022, 09:19.

     Türkiyədə mədən FACİƏSİ- Ölənlərin sayı 28 nəfərə çatdı

 

Türkiyənin Bartin vilayətinin Amasra rayonunda daş kömür mədənində partlayış baş verib.

Yenicag.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, partlayış nəticəsində 28 nəfər ölüb, yaralılardan 11-nin müalicəsi davam etdirilir.

Hadisə yerinə31 təcili tibbi yardım avtomobili və 149 nəfər tibb personalı cəlb edilib.

Qeyd edək ki, Hadisə zamanı mədəndə 110 işçinin olduğu ehtimal edilir. Ümumilikdə isə orada 400 nəfər çalışıb.

Hazırda fövqəladə vəziyyət üzrə bütün aidiyyəti təşkilatlara məxsus briqadalar hadisə yerindədir. Axtarış-xilasetmə işləri davam edir.

 


Вернуться назад