Главная > Cəmiyyət > Azərbaycanlı gənc fəal Tehranda öldürüldü

Azərbaycanlı gənc fəal Tehranda öldürüldü


10-10-2022, 21:38.

              Azərbaycanlı gənc fəal Tehranda öldürüldü

 

Sosial media fəallarının verdiyi məlumata görə, əslən Zəngan şəhərindən olan gənc fəal Möhsün Musəvi oktyabrın 8-də Tehranda öldürülüb.

Onun etiraz aksiyasında hökumət qüvvələrinin açdığı atəş nəticəsində həyatını itirdiyi bildirilir.Bundan bir neçə gün öncə Zəngan şəhərindəki etiraz aksiyalarında Mehdi Musəvi və Mehrdad Qurbani adlı iki gəncin hökumət qüvvələri tərəfindən güllələnərək öldürüldüyü barədə məlumat yayılmışdı.

Günaz TV

 


Вернуться назад