Главная > Cəmiyyət > Aynur Camalqızının qəzeti bağlandı, saytlarında isə kütləvi ixtisar aparıldı

Aynur Camalqızının qəzeti bağlandı, saytlarında isə kütləvi ixtisar aparıldı


14-03-2016, 11:33.

Aynur Camalqızının qəzeti bağlandı, saytlarında isə kütləvi ixtisar aparıldı

Aynur Camalqızının rəhbərlik etdiyi "Gündəlik Teleqraf” qəzeti fəaliyyətini dayandırıb.

AzNews.az-a daxil olan məlumata görə, baş redaktor Taleh Şahsuvarlı artıq qəzetdən ayrılıb. Məlumata görə, qəzet bağlansa da, teleqraf.com saytı fəaliyyətini davam etdirəcək.

Məlumata görə, Aynur Camalqızının rəhbərlik etdiyi digər saytlarda – publika.az və axar.az-da kütləvi ixtisarlar aparılıb. Saxlanılan işçilərin maaşları isə azaldılıb.

Məsələ ilə bağlı A.Camalqızı ilə əlaqə saxlamaq cəhdlərimiz nəticəsiz qaldı.


Вернуться назад