Главная > Ölkə > Avropa Məhkəməsi Azərbaycanla bağlı daha üç qərarını elan etdi

Avropa Məhkəməsi Azərbaycanla bağlı daha üç qərarını elan etdi


6-10-2022, 20:27.

             Avropa Məhkəməsi Azərbaycanla bağlı daha üç qərarını elan etdi

 

Avropa İnsan Haqları Məhkəməsi bu gün Azərbaycanla bağlı 3 iş üzrə qərarını elan edib.

Bu haqda vəkil Asabəli Mustafayev özünün feysbuk səhifəsində məlumat yayıb. Hər 3 iş sərbəst toplaşma azadlığına müdaxilə ilə bağlıdır. Toplantı təşkilatçıları olan Ərizəçilər

2012-2013-ci illər dövründə Bakı şəhər İcra Hakimiyyətinə toplantı keçiriləcəkləri xəbərdarlıq təqdim edib, lakin Bakı şəhər İcra Hakimiyyəti bu toplantıların keçirilməsini ya tamamilə qadağan etmiş, ya da toplantının keçirilmə yerinin, vaxtının və formasının dəyişdirilməsini tələb etmişdir.

Avropa Məhkəməsi hökümətin bu müdaxilələrini Ərizəçilərin sərbəst toplaşma azadlığının pozuntusu kimi tanıyıb. Məhkəmə qərarı ilə hər iş üzrə mənəvi zərərin əvəzi olaraq 4500 avro, hüquqi yardıma görə 1500avro+125 avro maddi xərclərə görə kompensasiya təyin edilib.

Bu işlər üzrə Ərizəçilər:

Yaqublu Tofiq,
Mustafa Hacılı
Aslanlı Gülağa
Məlikov Hüseyn
Daşdəmirli Rafiq
Manaflı Rafiq.

Vəkil "Basta”ya açıqlamasında iki iş üzrə kompensasiyanın Əqizəçilər arasında bölünəcəyini bildirib. O qeyd edib ki, qərar çıxarılan bir işdə 1 Ərizəçi (Gülağa Aslanlı), 1 işdə 2 Ərizəçi (Todiq Yaqublu, Rafiq Manaflı), 1 işdə 3 Ərizəçi var (Mustafa Hacılı, Hüseyn Məlik, Rafiq Daşdəmirli). 1-dən artıq Ərizəçinin olduğu işlərdə məbləğ onlar arasında bərabər bölünəcək.

 


Вернуться назад