Главная > Maraqlı > Bu aeroport dünyanın ən yaxşı hava limanı seçildi

Bu aeroport dünyanın ən yaxşı hava limanı seçildi


6-10-2022, 21:54.

           Bu aeroport dünyanın ən yaxşı hava limanı seçildi

 

İstanbul aeroportu "Dünyanın ən yaxşı hava limanı” seçilib.

Yenicag.az "Milliyet”ə istinadən xəbər verir ki, 32 ölkədə nəşr olunan "Conde Nast Traveller” jurnalının oxucuları arasında keçirilən sorğuda 240 min nəfərin səsi ilə İstanbul Hava Limanı Sinqapur və Cənubi Koreyanı geridə qoyaraq dünyanın ən yaxşı hava limanı pilləsində ilk sıranı tutub.

Sorğuda Sinqapurun "Changi” Hava Limanı ikinci, Cənubi Koreyanın "Seul İncheon” Hava Limanı isə üçüncü olub.

Sorğunun nəticəsinə münasibət bildirən İstanbul Hava Limanının Baş direktoru Qədri Samsunlu bildirib ki, Türk Hava Yolları həm dayanıqlı hava yolu, həm də dayanıqlı hava limanı kimi Avropanın ön sıralarındadır:

"Keçən il ikinci olduğumuz siyahıda bu il "dünyanın ən yaxşı hava limanı” olduq. Jurnal bütün dünyada 16 milyon rəqəmsal oxucuya, eləcə də aylıq 5 milyon oxucuya çatır. Hər il izləyicilərin sayı 500 milyona çatır. Burada bizim ən mühüm məqsədimiz sərnişinlərimizə unudulmaz təcrübə yaşadılmasıdır. Bu günə qədər təxminən 300 min uçuşa etmişik və 48 milyondan çox sərnişin daşımışıq. Düşünürəm ki, ilin sonuna qədər daşınan sərnişin sayında 60 milyonu keçəcəyik”.

 


Вернуться назад