Главная > Cəmiyyət > Müsavat Partiyası piketə görə saxlanılanların sərbəst buraxılmasını tələb edir – Bəyanat

Müsavat Partiyası piketə görə saxlanılanların sərbəst buraxılmasını tələb edir – Bəyanat


30-09-2022, 17:01.

         Müsavat Partiyası piketə görə saxlanılanların sərbəst buraxılmasını tələb edir – Bəyanat

     Müsavat Partiyasının bəyanatı

Bu gün səhər saatlarından başlayaraq AXCP-nin Milli Məclis qarşısında keçirməyi planlaşdırdığı piketin qarşısını almaq məqsədi ilə AXCP, Müsavat üzvələrinin, vətəndaş cəmiyəti nümayəndələrinin və bitərəf şəxslərin həbsləri həyata keçirilir.
Alınan məlumatlara görə bəzi siyasi fəalların yaşayış yerləri polis nəzarətinə götürülüb.
Müsavat Partiyası təyin edilən aksiyanın haqlı tələblərini dəstəkləyir. Aksiyanın keçirilməsinə icazə verilməməsini vətəndaşların sərbəst toplaşma azadlığının kobud şəkildə pozulması kimi dəyərləndirir və saxlanılanların dərhal azadlığa buraxılmasını tələb edir.

***

Xalq Cəbhəsi Partiyasının (AXCP) bugünki etiraz aksiyası ərəfəsində polis səhər saatlarından etibarən fəalları saxlamağa başlayıb.

AXCP-nin sədr müavini Seymur Həzi, Partiyanın Rəyasət Heyətinin və digər rəhbər orqanlarının üzvləri Rövlən Səfərli, Bəxtiyar İmanov, Faiq Nağıyev və Müşfiq İmamquliyev saxlanılıblar.

DİN-dən şərh verməkdən yayınıblar, sonra məlumat veriləcəyini qeyd ediblər.

Xatırladaq ki, aksiya siyasi partiyalar haqqında yeni qanun layihəsinə qarşı etiraz əlaməti olaraq Parlamentin binası qarşısında saat 16:00-a təyin edilib.

Bu gün səhər Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu saxlanılmışdı.

DİN Yaqublunun saxlanılmasını onun "razılaşdırılmamış aksiya” keçirmək çağırışları ilə bağlı araşdırma aparılması ilə izah edib.

Bu gün reportyor Anar Abdulla da saxlanılıb, amma sonradan sərbəst buraxılıb. //basta2.com

 



Вернуться назад