Главная > Ölkə > Kəlbəcərdə silahlar işə düşdü: Hərbçimiz yaralandı - SON DURUM
Kəlbəcərdə silahlar işə düşdü: Hərbçimiz yaralandı - SON DURUM28-09-2022, 23:18. |
Atəşkəs haqqında əldə olunmuş razılaşmaya baxmayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 28-i saat 18:00 radələrində Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Alagöllər istiqamətində yerləşən bölmələrini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Nazirlikdən"Unikal”a verilən məlumata görə, atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu İsgəndərov Nicat Hidayət oğlu yaralanıb. Hərbi qulluqçumuza lazımi tibbi yardım göstərilir. Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə dislokasiya
olunan bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Вернуться назад |