Главная > Mövqe > Rüfət Quliyev seçicilərini qapıdan qovub -İDDİA

Rüfət Quliyev seçicilərini qapıdan qovub -İDDİA


14-03-2016, 14:21.
Rüfət Quliyev seçicilərini qapıdan qovub
Deputat ona müraciət edənlərə bəhanə gətirib, yeyib-içməyə gedib 

Deputat Rüfət Quliyevə müraciət edən çoxlu sayda seçicisi, onunla görüşmək və problemlərini demək istəyib. Lakin millət əvkili müraciət edənlərə əhəmiyyət belə verməyib. Uluyol.info bildirir ki, bu barədə Politika.Az-a bir qrup şəxs tərəfindən məlumat verilib. 

Məlumatda deyilir ki, üç həftə əvvəl Lənkəranda seçicilərlə görüş keçirən Quliyev, həmin vaxt özünə simsar bilinənləri qəbul edərək, onlarla maraqlanıb. Həmin vaxt ondan artıq Lənkəran sakini isə qapının ağzında saxlanılıb. Onlara içəri girməyə icazə belə verilməyib. 

Politika.Az-a verilən məlumata görə, millət vəkiliylə görüşmək üçün Bakıya gələn seçiciləri Milli Məclisdə qəbula düşməyə çalışıblar. Əvvəlcə onların siyahısı hazırlanıb və kimlikləri yoxlanılıb. Ardından isə xəbər göndərilib ki, həmin şəxslərlə Rüfət Quliyevin görüşməsi mümkün deyil. Və bu belə əsaslandırılıb ki, guya, onun görüşmək üçün vaxtı yoxdur. Rüfət Quliyev mühüm tədbirə qatılmalıdır. 

Lakin məlum olub ki, Quliyev nəinki mühüm tədbirə qatılıb, ümumiyyətlə, həmin gün heç bir tədbirdə iştirak etməyib. Üstəlik, onun seçiciləri ilə görüşdən imtina etdiyi, sonra isə restorana gedərək, dostları yeyib-içmək təşkil etdiyi vurğulanır. 

Qeyd edək ki, bu, Rüfət Quliyevin ilk belə hərəkəti deyil. Deputatın belə addımları mütəmadi olaraq müşahidə olunur. Onun Lənkərana gəldiyi, orada yaxınları ilə görüşərək, yenidən Bakıya qayıtdığını artıq rayonda bilməyən yoxdur. Milli Məclisdəki qəbullara gəldikdə isə millət vəkili maksimum dərəcədə belə görüşlərdən də qaçır. Görünür, Rüfət Quliyev üçün yeyib-içmək, seçici qəbul etməkdən daha mühümdür.
Вернуться назад