Главная > Ölkə > Hakimiyyət Rusiyadakı soydaşlarımızın Ukraynaya qarşı müharibəyə cəlb edilməsinə imkan verməməlidir – Müsavatdan tələb

Hakimiyyət Rusiyadakı soydaşlarımızın Ukraynaya qarşı müharibəyə cəlb edilməsinə imkan verməməlidir – Müsavatdan tələb


26-09-2022, 18:01.

Hakimiyyət Rusiyadakı soydaşlarımızın Ukraynaya qarşı müharibəyə cəlb edilməsinə imkan verməməlidir – Müsavatdan tələb

 

Sentyabrın 26-da Müsavat Partiyası Divanının növbəti iclasında əvvəlcə ötən həftə ərzində görülən işlər barədə məlumat dinlənilib.

Partiyanın mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, Müsavat başqanı Arif Hacılı, İcra Aparatının rəhbəri Gülağa Aslanlı, Divan üzvü Mustafa Hacıbəyli və partiyanın bir qrup fəalı 12-14 sentyabr döyüşlərində qəhrəmancasına şəhid olmuş Sərxan Ömərov və Turan Məhərrəmovun məzarları ziyarət edib, onların ailə üzvlərinə və yaxınlarına başsağlığı veriblər.

Müsavatın Xaçmaz rayon təşkilatında keçirilən hesabat-seçki konfransı, eləcə də Müsavat Gənclər Təşkilatının iclası barədə məlumat dinlənilib.
Digər toplantıların təşkili ilə bağlı tapşırıqlar verilib.

Rusiyada hərbi səfərbərlik elan olunması və buna qarşı etiraz aksiyalarının mümkün nəticələri barədə fikir mübadiləsi aparılıb.

Azərbaycan hakimiyyətindən Rusiyada yaşayan soydaşlarımızın məcburi olaraq Ukraynaya qarşı işğalçı müharibəyə cəlb edilməsinin qarşısını almaq üçün təsirli tədbirlər tələb edilib. Ukraynanın işğal olunmuş ərazilərində qanunsuz referendumların keçirilməsi pislənilib, onların nəticərinin tanınmamasına çağırış edilib.

İranda insan haqları və milli hüquqların pozulması pislənilib, etirazçılara qarşı qəddarlığa son qoyulması tələb olunub.

Sentyabrın 27-də saat 13:00-da şəhidlərin anım günü ilə bağlı İkinci Fəxri Xiyabanın ziyarət edilməsi qərara alınıb.

Sonda cari məsələlər müzakirə olunub.

 


Вернуться назад