Главная > Siyasət > Rusiya prezidentindən sərt ifadələr: “Yırtıcı Qərb...”

Rusiya prezidentindən sərt ifadələr: “Yırtıcı Qərb...”


27-09-2022, 20:23.

          Rusiya prezidentindən sərt ifadələr: "Yırtıcı Qərb...”

 

"Kollektiv Qərb qlobal ərzaq bazarında yırtıcıdır”.

Bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

O, dünya bazarında ərzağın qiymətinin ilin əvvəlindəki səviyyəyə qayıtdığını, eyni zamanda 2020-ci illə müqayisədə 40 faiz bahalaşdığını diqqətə çatdırıb.

"Bu, heç bir mübaliğəsiz, müntəzəm surətdə emissiyalardan istifadə edərək, aktiv şəkildə ərzaq almağa davam edən dünyanın ən zəngin ölkələrinin yırtıcı siyasətinin birbaşa nəticəsidir”, - Putin vurğulayıb.

Rusiya lideri bu ilin ikinci rübündə ABŞ-a ərzaq idxalının illik hesabda bir il əvvəlki 185.1 milyard dollara qarşı 218.6 milyard dollara çatdığına diqqət çəkib.

"Eyni zamanda vacib olan odur ki, Amerika idxalının həcmi 22.3 milyard dollar ixracı üstələyir. Əvvəlki illərdə ixrac idxalı üstələyirdi, yəni bu gün ABŞ dünya bazarlarından satdığından daha çox ərzaq alır”, - Putin söyləyib. (Teleqraf.com)

 


Вернуться назад