Главная > Ölkə > On dörd gündən sonra nəşi tapılan şəhid torpağa tapşırıldı

On dörd gündən sonra nəşi tapılan şəhid torpağa tapşırıldı


27-09-2022, 21:41.

           On dörd gündən sonra nəşi tapılan şəhid torpağa tapşırıldı

 

Sentyabrın 12-13-də Ermənistan Silahlı Qüvvələrinin təxribatının qarşısını alan zaman şəhid olan Elvin Elçin oğlu Abdullayevin nəşi 14 gündən sonra neytral zonadan çıxarılaraq doğulduğu Neftçala rayonuna gətirilib və şəhər qəbiristanlığında dəfn olunub.

 

Uluyol.info report-a istinadən xəbər verir ki,2003-cü il təvəllüdlü Abdullayev Elvin Elçin oğlu Bankə qəsəbəsində doğlub. Hərbi xidmətdən evə gəlməyə bir aydan da az vaxt qalıbmış.

Ailədə bir bacı, bir qardaş olub.

Allah rəhmət eləsin!

 



Вернуться назад