Главная > GÜNDƏM > Almaniya ilə Türkiyə arasında böhran: Səfir XİN-ə çağırıldı

Almaniya ilə Türkiyə arasında böhran: Səfir XİN-ə çağırıldı


27-09-2022, 20:36.

                 Almaniya ilə Türkiyə arasında böhran: Səfir XİN-ə çağırıldı

 

Almaniya Federal Parlamentinin sədr müavini Volfqanq Kubiçkinin prezident Rəcəb Tayyib Ərdoğan haqqında səsləndirdiyi fikirlərə Xarici İşlər Nazirliyi sərt reaksiya verib.

Kubiçki seçki tədbirindəki çıxışında Türkiyənin Avropaya yeni mühacir axınına səbəb ola biləcəyini iddia edərək, prezident Ərdoğana qarşı təhqiramiz ifadələr işlədib.

Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü, səfir Tanju Bilgiç açıqlamasında Kubickinin davranışını pisləyib:

"Almaniya Federal Parlamentinin sədr müavini Volfqanq Kubiçkinin Aşağı Saksoniya əyalətində seçki kampaniyası çərçivəsində etdiyi çıxışda prezidentimiz haqqında işlətdiyi təhqiramiz ifadələri ən kəskin şəkildə pisləyirik”.

Tanju Bilgiç əlavə edib ki, Kubiçkinin bu qəbuledilməz bəyanatları parlament sədrinin müavini vəzifəsinə layiq deyil, siyasi əxlaqdan və məsuliyyətdən tamamilə məhrumdur: "Bu nalayiq ifadələr əslində Kubiçkinin siyasi və mənəvi səviyyəsi haqqında təsəvvür yaradır və onun vulqarlığını ortaya qoyur.

Bu məsələ ilə bağlı sərt reaksiyamız bu gün XİN-ə dəvət edilən Almaniyanın Ankaradakı səfirinə də bildirildi”. (Teleqraf.com)

 


Вернуться назад