Главная > Cəmiyyət > ATV-də gecə biabırçılığı-ŞOK VİDEO

ATV-də gecə biabırçılığı-ŞOK VİDEO


14-03-2016, 01:24.
ATV-də gecə biabırçılığı-ŞOK VİDEO
Azərbaycan dünyəvi dövlət olsa da xalqımızın özünün əsrlər boyu formalaşmış milli-mənəvi dəyərləri var. Dəfələrlə bildirilib ki, telekanallar milli-mənəvi dəyərlərə uyğun verilişlər verməli, filmlər nümayiş etdirməlidir. Ancaq təəssüf ki, dəyirman öz işindədir, çax-çux baş ağrıdır. Martın 13-də gecə 00.20-də ATV-də efirə gedən "Gecə qonağı” adlı film demək olar ki, milli-mənəvi dəyərlərimizə zidd səhnələrlə, ifadələrlə zəngin olub. Həmin film bəlkə də çox möhtəşəm festivallarda böyük mükafatlar, hətta Oskar da ala bilər, amma efir üçün, kütləvi nümayiş üçün belə filmlərin seçilməsi cəmiyyətdə heç bir vaxt birmənalı qarşılanmayıb. Bu filmi bəlkə kinoteatrda versəydilər normal qarşılanardı, amma televiziya efirində yayımlanması milli-mənəvi dəyərlərimiz baxımından doğru deyil. Həmin filmdən bəzi səhnələri təqdim etməklə yanaşı xatırladırıq ki, filmin rejissoru Kənan M.M. Azərbaycan cəmiyyətində inanclı insan kimi tanınıb.(Yenilik.Az)
 
ULUYOL.İNFO

Вернуться назад