Главная > Qarabağ / Region > KTMT-nin Ermənistandakı missiyası Azərbaycanla sərhəddə olub

KTMT-nin Ermənistandakı missiyası Azərbaycanla sərhəddə olub


22-09-2022, 19:45.

  KTMT-nin Ermənistandakı missiyası Azərbaycanla sərhəddə olub

 

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zasın rəhbərlik etdiyi missiya Ermənistanın Azərbaycanla sərhəddə yerləşən əraziyə baş çəkib.

"Report” xəbər verir ki, bu barədə KTMT-nin mətbuat katibi Vladimir Zaynetdinov TASS-a bildirib.

Təşkilatın Ermənistandakı missiyası Azərbaycan ilə sərhəddə yerləşən Vayots Dzor bölgəsinə səfər edib.

Zas Ermənistan Silahlı Qüvvələrinin təmas xəttində dislokasiya olunmuş bölmələrinin komandirləri, yerli hakimiyyət orqanlarının nümayəndələri ilə görüşüb.

 


Вернуться назад