Главная > Müsahibə > Cavanşir Quliyevin 19 il sonra Azərbaycana dönüşünün SƏBƏBİ – ÖZÜ AÇIQLADI

Cavanşir Quliyevin 19 il sonra Azərbaycana dönüşünün SƏBƏBİ – ÖZÜ AÇIQLADI


22-09-2022, 15:39.

         Cavanşir Quliyevin 19 il sonra Azərbaycana dönüşünün SƏBƏBİ –ÖZÜ AÇIQLADI

 

"Düşündüm, qərar verdim və birdəfəlik Azərbaycana qayıtdım”.

Bunu Əməkdar incəsənət xadimi, məşhur bəstəkarCavanşir Quliyev yenicag.az-a açıqlamasında deyib.

19 ildən sonra Şimali Kipr Türk Cümhuriyyətindən Azərbaycana köçən bəstəkar qayıtmasının səbəblərini açıqlayıb:

"Yeni əsərlərim var. Onları ifa etmək və tamaşaçılara təqdim etmək lazımdır. Orada belə bir imkan yoxdur. Artıq yeni işlərə start verdik. Bir layihəmiz bazar günü, digəri ayın 14-də Filarmoniyada tamaşaçılara təqdim olunacaq”.

Bir müddət öncə səhhətində problemlər yaşayan bəstəkar sağlıq durumu ilə bağlı sualımızı da cavablandırıb:

"Çox şükür, hələlik ayaqdayıq”.

Xatırladaq ki, professor C.Quliyev 19 il Şimali Kiprin "Yakın Doğu” Universitetində çalışıb.

Cəvahir, yenicag.az

 


Вернуться назад