Главная > Aktual > Paşinyan Rəisiyə Azərbaycandan şikayətləndi

Paşinyan Rəisiyə Azərbaycandan şikayətləndi


22-09-2022, 22:35.

            Paşinyan Rəisiyə Azərbaycandan şikayətləndi

 

Baş nazir Nikol Paşinyan Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi ilə görüşüb.

Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir.

Ermənistan hökumətinin mətbuat xidmətinin verdiyi məlumata görə, Paşinyan Rəisiyə Azərbaycandan gen-bol şikayət edib, Ermənistanın suveren ərazisinə qarşı hücum həyata keçirildiyini iddia edib. "Paşinyan İran tərəfinin dəqiq qiymətləndirmələrindən məmnunluğunu bildirib və hazırkı vəziyyətdə ikitərəfli sıx əməkdaşlığı vurğulayıb”-məlumatda deyilir.

İbrahim Rəisi İranın hadisələri yaxından izlədiyini qeyd edib və əlavə edib ki, regiondakı bütün problemlər yalnız sülh yolu ilə həll edilməlidir. Onun sözlərinə görə, İranın mövqeyi dövlətlərin ərazi bütövlüyü və regionda sərhədlərin dəyişdirilməsinin yolverilməzliyi ilə bağlı aydın mövqedir və İranın Ermənistanla əlaqəsi təhlükə altına düşməməlidir. Rəisi ölkəsinin regionda sülhün bərqərar olmasına dəstək verməyə hazır olduğunu vurğulayaraq, Ermənistanın təhlükəsizliyi məsələsinin İran üçün vacib olduğunu bildirib.

Maraqlısı budur ki, bir neçə gün əvvəl ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri İrəvanda fars-erməni toqquşmasına ekskurs etmişdi. Görünür Paşinyan günahlarının bağışlanması üçün İran prezidenti ilə görüşməyə qərar verib.

 


Вернуться назад